AZ

Simonyan ilk dəfə Bakıda — Diqqət çəkən detal – FOTO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyətinin təyyarəsi, məlumata görə, Bakıya eniş edib.

KONKRET.az  Globalinfo-ya istinadən xəbər verir ki, Simonyanı gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İrəvandan uçuş 50 dəqiqə davam edib.

Qeyd edək ki, bu, Azərbaycanın paytaxtı Bakıya Ermənistan nümayəndə heyətinin ilk rəsmi səfəridir.

20:21

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya uçur. 

KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti “FlyOne” aviaşirkətinə məxsus “Gulfstream G450” təyyarəsi ilə Bakıya gəlir.

Uçuşun bir saatdan az çəkəcəyi, enişin isə saat 20:10-da reallaşacağı gözlənilir.

Seçilən
20
1
konkret.az

3Mənbələr