AZ

Həmin yolda bu dəfə məktəbli bacı-qardaş qurban oldu...VİDEO

Məktəbə gedən azyaşlı bacı-qardaşı minik avtomobili vurub, hər iksi dünyasını dəyişib.

Xezerxeber.az xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunda, Lənkəranın Şovu kəndində baş verib. Lənkəran sakini Vurğun Quluzadə idarə etdiyi  nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən məktəbə gedən şagirdləri - 8 yaşlı Gülay Əlizadə və qardaşı, 11 yaşlı Ramid Əliyevi vurub.

Ətrafdakıların köməyi ilə hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin onların həyatlarını xilas etmək mümkün olmayıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
45
2
xezerxeber.az

10Mənbələr