AZ

“Changan” qoşa xətti tapdalayıb motosikletlə toqquşdu; yaralı var VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Qayda pozan sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb.

Məlumata görə, Dubrovinski küçəsində “Changan” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq manevr edib və bu zaman hərəkətdə olan motosiklet ona çırpılıb.

Zərbənin təsirindən motosiklet sürücüsü havada bir neçə dəfə fırlanaraq asfalta dəyib.

Qəza nəticəsində xəsarətlər alan motosiklet sürücüsü xəstəxanaya aparılıb.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
avtosfer.az

1Mənbələr