AZ

Ehtiram Quliyevin özünü bu cür aparması birmənalı qarşılanmadı - VİDEO

Sosial şəbəkələrdə «Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin yeni görüntüləri yayılıb.

Hər iki video Premyer Liqanın son turlarına aiddir.

Burada onun «Neftçi» və «Qəbələ» ilə matçların ardından paltardəyişmə otağına daxil olması əks olunub.

Ən çox diqqət çəkən isə sədrin Kurban Berdiyevlə görüşmə səhnəsidir. Belə ki, «Qəbələ» üzərində 1:0 hesablı təsadüfi qələbəyə sevincək olan Quliyev özünü uşaq kimi aparıb və baş məşqçinin üzərinə qaçıb.

Rusiyalı mütəxəssis rəhbərlə soyuq görüşüb, onu qucaqlamasına fikir verməyib. «Baba»nın biganə reaksiyası klub başçısının diqqətindən yayınmayıb, ancaq,

Quliyev özünü o yerə qoymayıb və futbolçuların yanına tələsib. Paltardəyişmə otağıneda isə sədr gəlişigözəl ifadələr işlədib, möhtəşəm oynadıqlarını iddia eləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
6
sportinfo.az

1Mənbələr