AZ

Valideynlərini itirən və himayədən məhrum olan uşaqlara müavinətlər nə vaxt veriləcək?VİDEO

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara 2600 manat məbləğində birdəfəlik müavinət veriləcək. Baş Nazirin imzaladığı qərara əsasən, onlar bu müavinətləri ümumi, peşə, orta ixtisas təhsili və ali təhsil pilləsini bitirdikləri vaxt alacaqlar.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni qərarın əsas məqsədi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş vətəndaşların sosial təminatını gücləndirməkdir.

O, bildirir ki, sözügedən kateqoriyaya aid olan şəxslər təhsil pilləsini başa vurduqda təhsil müəssisəsinə müraciət edərək birdəfəlik müavinəti ala biləcəklər.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar təhsillərini başa vurduqda 265 manat məbləğində mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
29
1
xezerxeber.az

2Mənbələr