“Barselona”nın hücumçusu Markus Reşford komandanın baş məşqçisi Hans-Diter Flikin rəhbərliyi altında çıxışından razıdır.
Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Flik top-məşqçidir. Biz Çempionlar Liqasını qazanmaq istəyirik və başqa heç nə düşünmürük”.
Reşford Çempionlar Liqasının ilk turunun “Sent Ceyms Park”dakı “Nyukasl”la oyununda (2:1) iki qol vurub.
27 yaşlı ingilis futbolçu 2025-ci ilin yayında icarə əsasında satın alma imkanı ilə “Mançester Yunayted”dən “Barselona”ya keçib.