AZ

Ad günündə lotoreyadan 626 min dollar uddu

ABŞ-ın Şimali Karolina ştatında yaşayan qadın doğum günündə gözlənilmədən cekpot qazanıb.

Milli.Az-ın məlumatına görə qadın onlayn lotereyadan 626 min dollar udub.

Çelsi Karter adlı qadın 40 illik yubileyinə xüsusi hədiyyə etmək üçün şansını lotoreyada sınamağa qərar verib.

"Şok içində idim. Ərimə qışqıraraq dedim: 'Bax, mən 626 min dollar udmuşam!'. O isə sadəcə gülümsəyib gözlərini yumdu," - deyə Karter həmin anı xatırlayıb.

Amerikalı qadın bildirib ki, bu, həyatının ən böyük ad günü hədiyyəsidir. O, uduşun bir hissəsini investisiyalara yönəltməyi, digər hissəsini isə övladlarının hesablarına köçürməyi planlaşdırır.

İsmayıl
Milli.Az

 
Seçilən
1
1
milli.az

2Mənbələr