AZ

Ermənistan MTX-nın direktoru Bakıya gəlib -  YENİLƏNİB

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Simonyanın göyərtəsində olduğu təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Onun 19-21 sentyabr tarixləri arasında Bakıda olacağı bildirilir.

***

15:08

Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 sentyabr tarixlərində Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.

Seçilən
59
11
ucnoqta.az

10Mənbələr