İstanbul boğazında sərnişin bərəsi ilə yük gəmisi toqquşub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, İstanbul boğazında Beşiktaş-Üsküdar marşrutu üzrə hərəkət edən sərnişin gəmisi yük gəmisi ilə toqquşub.
Hadisə yerinə Sahil Mühafizəsi və Sahil Təhlükəsizliyi qrupları cəlb edilib.
Hadisənin təfərrüatları ilə bağlı hələ ki, məlumat verilməyib.
Dəryanur Cəfərova