Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı Lənkəranda iki uşağın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinə münasibət bildirib. Ekspert qeyd edib ki, həmin yolda təhlükəsizliyin gücləndirilməsinə ciddi ehtiyac var. Çünki uşaqların babası da bu barədə açıqlama verib və qeyd edib ki, ərazidə ciddi təhlükə var, nişanlar çatışmır.
Elməddin Muradlı təklif edib ki, nəinki, bu ərazi, bütün təhlükəli ərazilər nəzarətə götürülməlidir və sürət həddinin azaldılması ilə bağlı məcburi vasitələr tətbiq edilməlidir. Elməddin Muradlı qeyd edib ki, bir radarın qiymətinə ən azı 20 tramplin almaq mümkündür ki, bu, yaşayış məntəqələrində, xüsusən kəndlərin, qəsəbələrin ərazisindən keçən yollarda sürətin azaldılmasına daha çox fayda verə bilər. Çünki radarların yerini bir çox sürücülər bilir, naviqasiya proqramlarında da bu var. Ona görə də məlumatlı sürücülər, həm də yoldan tez-tez istifadə edənlər qaydaları pozurlar, sürət rejiminə əməl etmirlər və nəticədə belə hadisələr baş verir.
Ekspert onu da təklif edib ki, rayonlararası, şəhərlərarası yollar kənd və qəsəbələrin ərazisindən keçməməlidir. Bu məsələyə dövlət tərəfindən ciddi şəkildə baxılmalıdır. Adiyyəti qurumlar bununla bağlı layihələr hazırlamalıdır və həmin yollar mütləq kənd və qəsəbələrin ətrafından keçməlidir ki, təhlükəsizlik təmin olunsun.
Elməddin Muradlı hüquqşünas Ərşad Hüseynovun da fikirlərini əsas götürərək qeyd edib ki, uşaqların ölümündəki günah əslində bizdə, böyüklərdə, yol infrastrukturunu düzgün qurmayanlardadır:
“Gəlin qanunvericilik tərəflərinə baxaq. “Yol hərəkəti haqqında” Qanunun 7-ci maddəsində belə bir bənd var: insan həyatı dövlətin iqtisadi maraqlarından aşağı tutula bilməz. Yəni, heç kim deyə bilməz ki, burada çox pul xərclənir, burada filan işi görmək olmaz. Faktiki orada insanlar ölürsə, deməli, bu yanaşma düzgün deyil. Dövlətin məsuliyyəti vətəndaşın məsuliyyətindən daha çoxdur. Bu, “Yol hərəkəti haqqında” Qanunun həmin maddəsində 2-ci bənddə qeyd olunur.1998-ci ildə bu qanun qəbul olunub və hələ də qüvvədədir. İndi zəhmət çəkib bu qanunu qəbul edənlər, qanunu icra etməli olan qurumlar bu barədə düşünsünlər”
Elməddin Muradlının qəzanın baş vermə səbəbləri ilə bağlı şərh etdiyi həmin canlı yayımı sizə təqdim edirik:
Səfər
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.