AZ

Kamerun liderinin qızı atasına səs verməməyə çağırıb

Kamerun prezidenti Paul Biyanın qızı Brenda növbəti prezident seçkilərində atasının namizədliyinə qarşı olduğunu açıq şəkildə ifadə edərək, vətəndaşları onu dəstəkləməməyə çağırıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, o, sosial şəbəkədə paylaşdığı videoda atasına səs verməyəcəyini vurğulayıb. O, həmçinin vətəndaşları seçkidə Paul Biyanı dəstəkləməməyə çağırıb.

Brenda həmçinin hazırkı prezidentin tərəfdarlarından, o cümlədən yaxın qohumlarından alınan təhdidlərdən danışıb və özünün təhlükəsizliyindən qorxduğunu bildirib. Video sonradan onun səhifəsindən silinsə də, yerli və beynəlxalq mediada geniş yayılıb.

Bundan əvvəl Biya oktyabrın 12-nə təyin edilmiş qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini rəsmən elan edib. 92 yaşlı siyasətçi qərarını X* sosial media saytında açıqlayıb.

QAZİLER.AZ

Seçilən
17
qaziler.az

1Mənbələr