AZ

Nərimanov rayonunda "Dövlət Suverenliyi Günü" qeyd edilibVİDEO

Nərimanov rayonunda "20 sentyabr - Dövlət Suverenliyi Günü"nü qeyd edilib.

Xezerxeber.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbərliyi, millət vəkilləri, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə Dövlət Suverenliyi gününün əhəmiyyətindən, müasir dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan danışılıb.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxışında bildirib ki, dövlət suverenliyimizin tam bərpası cənab Prezidentin dəmir siyasi iradəsinin və qətiyyətli liderliyinin nəticəsidir. Dövlətçilik ideologiyası, xalq-iqtidar birliyi və müstəqil siyasi xətt bu suverenliyin möhkəm dayaqlarıdır. 20 sentyabr - Dövlət Suverenliyi Günü artıq bu dayaqların təqvimə həkk olunmuş təntənəsidir. Bu gün, Azərbaycan xalqının öz dövlətinə sahib çıxmasının, onun müstəqilliyini qorumasının və daha da möhkəmləndirməsinin təcəssümüdür.

Daha sonra millət vəkilləri və digər natiqlər çıxışlarında bildiriblər ki, qürurvericidir ki, bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Beynəlxalq hüququn və beynəlxalq təşkilatların böhranının müşahidə edildiyi bir dövrdə, ölkəmizə, tarixi zəfərlərə imza atmış və artıq adını Azərbaycan tarixinə əbədi həkk etmiş Müzəffər Ali Baş Komandan kimi güclü bir şəxsiyyətin və müdrik siyasətçinin rəhbərlik etməsi xalqımız üçün sonsuz qürurdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
4
xezerxeber.az

1Mənbələr