AZ

Türkiyə Superliqası: Göztəpə Beşiktaş a böyük hesabla qalib gəlib VİDEO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Türkiyə Superliqasında bu gün 6-cı turun bir oyunu keçirilib.

İdman.biz bildirir ki, "Göztəpə" "Beşiktaş"ı qəbul edib.

Oyunun 4-cü dəqiqəsində Heliton "Göztəpə"ni irəli çıxarıb - 1:0.

19-cu dəqiqədə Rhaldney Norberto ikinci topu "qara qartallar"ın qapısından keçirib - 2:0. Birinci hissə bu hesabla bitib.

İkinci hissədə 84-cü dəqiqədə Sabra hesab arasındakı fərqi üç topa çıxarıb - 3:0.

Oyun bu hesabla bitib. Bu qələbə ilə "Göztəpə" xal sayını 12-yə çıxararaq ikinci yerdə qərarlaşıb. "Beşiktaş"ın 6 xalı var.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
icma.az

2Mənbələr