AZ

İstanbulda bərə ilə yük gəmisi toqquşub: XƏSARƏT ALANLAR VAR

İstanbulun Üsküdar səmtində sərnişin bərəsi ilə yük gəmisi toqquşub.

XəzərNews.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

İstanbul Valiliyinin yaydığı məlumata görə, Üsküdarın Salacak sahillərində sərnişin bərəsi ilə toqquşan Panama bayraqlı quru yük gəmisi olub. Toqquşma nəticəsində bərədə olan sərnişinlərdən bəzilərinin yaralandığı bildirilir.

Qəzaya məruz qalan gəmilər Boğazın hərəkət zolağından çıxarılıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər 4 dəfə oxunub.
Seçilən
34
5
xezernews.az

8Mənbələr