ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“OpenAI”ın baş icraçı direktoru Sam Altman yetkin istifadəçilərin də platformanın təhlükəsizliyi üçün şəxsiyyət və yaş yoxlamasına məruz qala biləcəyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Altman şirkətin təhlükəsizliyi artırmaq üçün yeni addımlar atacağını və bəzi ölkələrdə yetkinlərdən də şəxsiyyət tələb oluna biləcəyini bildirib.
“Bu, böyüklər üçün məxfilik sövdələşməsidir, lakin inanırıq ki, dəyərli bir güzəştdir”, - o deyib.
Qeyd edək ki, qərar bir yeniyetmənin intiharı ilə bağlı “OpenAI”a qarşı məhkəmə iddiasının açılmasından sonra gündəmə gəlib.
Məhəmməd Tağıyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.