ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bəyan edib ki, Rusiyanın Qərbə qarşı təhlükəsi əksər hallarda şişirdilmiş şəkildə təqdim olunur.
Onun sözlərinə görə, Avropa liderləri və NATO rəsmilərinin Moskvanın planları və hərəkətləri ilə bağlı sərt bəyanatlarına baxmayaraq, vəziyyət daha optimist görünür.
“Düşünürəm ki, Rusiyanın təhdidi bəzən şişirdilir. Onlar ciddi uğur qazana bilməyiblər. Ukrayna müəyyən əraziləri geri qaytara bilib və bu, Rusiyanın zəifliyini göstərir. Onların iqtisadiyyatı dalğalanır və müharibəni davam etdirmək onlar üçün çətin olacaq”, – diplomat Fox Business telekanalına açıqlamasında bildirib.
Uitaker əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Moskva və Kiyevi danışıqlar masasına gətirmək və münaqişənin həllində vasitəçi rolunu oynamaq üçün təsir rıçaqları axtarmaqda davam edəcək.
//Samir Qurbanov, Editor.az