“Leykers”in forvardı Luka Donçiç dünya tennisinin ən cazibədar fiqurlarından biri Mariya Şarapovanın Manhetten-Biçdəki evini alıb.
“Basket Infos”un yaydığı xəbərə görə, 26 yaşlı sliveniyalı basketbolçu 25 milyon dollarından keçib. Şarapovanın evini satışa çıxarmasının səbəbi var.
Belə ki, Mariya vaxtının böyük hissəsini əri, britaniyalı biznesmen Aleksandr Gilksin yanında keçirdiyinə görə Amerikada evə ehtiyac duymur.
Mülk geniş ərazini əhatə edir və beş yataq otağından ibarətdi. Ev Los-Ancelesdə yerləşən "KAA Design" tərəfindən layihələndirilib, tikintisi 2015-ci ildə, Şarapovanın okean sahilindəki torpağı satın almasından üç il sonra tamamlanıb.
Müasir iqamətgahda beton divarlar, geniş şüşə panellər, çoxsaylı açıq kaminlər və Sakit Okeanın heyrətamiz mənzərələrinə açılan möhtəşəm bağ var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta