AZ

Ukraynada ilk hərbi ombudsman təyin edilib

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi ombudsman institutunun yaradıldığını və bu vəzifəyə Olqa Reşetilovanın təyin edildiyini açıqlayıb.

O, Ukrayna tarixində ilk hərbi ombudsman olacaq.

Dövlət başçısı bildirib ki, Ali Rada prezidentin təşəbbüsü ilə hazırlanan hərbi ombudsman haqqında qanun layihəsini təsdiqləyib. Sənəd artıq imzalanaraq dərc olunub. Zelenski həmçinin Ombudsman Ofisinin yaradılması və fəaliyyət qaydaları ilə bağlı fərman imzalayıb.

“Bu, əsgərlərimizin hüquqlarının real müdafiəsidir. Mən Olqa Reşetilovanı – döyüşçülərimizin yaxşı tanıdığı insanı – Ukraynanın ilk hərbi ombudsmanı kimi təyin edirəm”, – deyə Zelenski vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr