AZ

“Milan” millinin üzvünü TRANSFER EDİR

"Udineze"nin müdafiəçisi Tomas Kristensen İtaliyada klubunu dəyişə bilər.

Bizim.Media xəbər verir ki, "Milan" danimarkalı futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Qırmızı-qaralar" Kristenseni yanvar ayında heyətinə qatmağa çalışacaq. Klubu 21 yaşlı mərkəz müdafiəçisini 15 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Udineze" Tomas Kristenseni 2023-cü ilin yayında "Orxus"dan transfer edib. Danimarka U-21 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
26
2
bizim.media

3Mənbələr