Türkiyənin Antalya vilayətinin daha bir meşəsində yanğın başlayıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Antalyanın Aksu rayonunda meşəlik ərazidə yanğın baş verib.
Yanğın bölgəsinə yaxın ərazidə yerləşən bir neçə otel təxliyə olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Dəryanur Cəfərova





