Özbəkistan vətəndaşlarının köləlikdə saxlanması ilə əlaqədar Ukrayna Xarici İşlər Nazirliyi və Baş Prokurorluğuna notalar göndərib.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistan XİN sözçüsü Axror Burxanov deyib.
Bildirilib ki, bununla əlaqədar olaraq Özbəkistan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşları vəziyyəti araşdırmaq üçün hadisə yerinə gedib və vətəndaşlar yerli xəstəxanaya yerləşdirilib.
"Səfirlik vətəndaşlarımızla bağlı vəziyyəti tam nəzarətə götürüb və onların Özbəkistana qayıtmasını təmin etmək üçün bütün lazımi tədbirləri görür. Xüsusilə, Özbəkistan vətəndaşlarına konsulluq və hüquqi yardım göstərilməsi üçün Ukrayna Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müvafiq notalar göndərilib", - Burxanov bildirib.
Bundan əlavə, Özbəkistan Xarici İşlər Nazirliyi vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə edir.
Qeyd edək ki, Kiyevdə 13 Özbəkistan vətəndaşının kölə şəraitində əməyə cəlb edildiyi məlum olub. Faktla bağlı iki nəfər saxlanılıb.