AZ

BAEA ilk dəfə Formula 1 yarışında nüvə təhlükəsizliyinə dəstək verir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BEAE) ilk dəfə "Formula-1" yarışında nüvə təhlükəsizliyinə dəstək verir.

Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) saytında məlumat verilib.

Bundan əvvəl BEAE ekspertləri Azərbaycan paytaxtına səfər ediblər. Fransa və BƏƏ-dən olan mütəxəssislər tədbirin təşkilatçıları ilə məsləhətləşib, 100-dən çox radiasiya monitorinq cihazının istifadəsini müzakirə ediblər.

Xatırladaq ki, BEAE BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) da Azərbaycanı dəstəkləyib və noyabrda keçiriləcək MDB Oyunları və 2026-cı ildə Ümumdünya Şəhər Forumu zamanı da Bakı ilə əməkdaşlığı davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
29
oxu.az

10Mənbələr