AZ

Diş fırçalamamaqla infarktın əlaqəsi açıqlandı

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Rusiyalı parodontoloq Səidə Əbdurəhmanova ağız boşluğunun pis gigiyenası və periodontitin infarkt riskini əhəmiyyətli dərəcədə artırdığını açıqlayıb.

Milli.Az bildirir ki, onun sözlərinə görə periodontiti olan xəstələrdə ürək-damar xəstəliklərinin inkişaf ehtimalı sağlam diş ətinə sahib insanlarla müqayisədə 34 faiz yüksəkdir.

Abdurahmanova izah edib ki, bu vəziyyət bir neçə amillə bağlıdır: patogen bakteriyaların damar divarına təsiri, iltihabi markerlərin yüksəlməsi və bakteriyaların qan dövranına daxil olması. Nəticədə bu, ürək və damarlar üçün ciddi təhlükə yaradır.

Parodontoloq əlavə edib ki, xroniki iltihab zamanla sistemli xarakter alır. Qanda yığılan iltihabi markerlər aterosklerozun inkişafına səbəb olur, damarları daraldır və qan dövranını pozur. Ürək damarları zədələndikdə isə bu birbaşa infarkta gətirib çıxara bilər.

"Bakteriyaların qan dövranına daxil olması yalnız stomatoloji prosedurlar zamanı deyil, adi diş fırçalama zamanı da baş verə bilər. Bu mikrob damarlar vasitəsilə aterosklerotik lövhələrə çataraq orada toplanır və tromb yaranmasına səbəb ola bilər. Mikroorqanizmlər damar divarına inteqrasiya edərək iltihab və immun reaksiyanı işə salır, damarların normal funksiyasını pozur və qan dövranını zəiflədir".

Abdurahmanova riskləri azaltmaq üçün gündə iki dəfə dişləri düzgün fırçalamaq, peşəkar diş təmizliyini altı ayda bir həyata keçirmək və stomatoloq tərəfindən tövsiyə olunan əlavə gigiyena vasitələrindən istifadə etməyi tövsiyə edib. O, qeyd edib ki, sadə gigiyena qaydalarına riayət etmək ürək sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
news.milli.az

9Mənbələr