AZ

Rusiya MN: Qırıcılarımız Estoniya və digər dövlətlərin sərhədlərini pozmayıb

“Rusiyanın üç MiQ-31 qırıcısı Estoniya və digər dövlətlərin sərhədlərini pozmayıb.”

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Rusiya qırıcılarının Estoniyanın və ya digər dövlətlərin hava məkanını pozması ilə bağlı iddialara münasibət bildirən Rusiya MN açıqlayıb ki, Kareliyadan Kalininqrad vilayətinə planlaşdırılmış uçuş beynəlxalq hava məkanı qaydalarına ciddi riayət olunmaqla həyata keçirilib.

"Sentyabrın 19-da Rusiyanın üç MiQ-31 qırıcısı Kareliyadan Kalininqrad vilayətindəki aerodroma planlı uçuş həyata keçirib. Uçuş beynəlxalq hava məkanı qaydalarına ciddi riayət olunmaqla həyata keçirilib və obyektiv nəzarət vasitələri ilə təsdiqləndiyi kimi digər dövlətlərin sərhədlərini pozmayıb. Uçuş zamanı Rusiya təyyarəsi razılaşdırılmış hava marşrutundan kənara çıxmayıb və Estoniyanın hava məkanını pozmayıb. Təyyarənin uçuş marşrutu Vaindlo adasından üç kilometrdən çox məsafədə Baltik dənizinin neytral suları üzərində olub", - deyə Rusiya MN-nin bəyanatında qeyd olunub.
Seçilən
28
2
sherg.az

3Mənbələr