AZ

Zebra inək eksperimenti: Yaponiyalı alimlərin qeyri adi kəşfi mükafatlandırıldı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yaponiyalı alimlər inəkləri zebra kimi rəngləməklə Şnobel mükafatı qazanıblar. Onlar biologiya sahəsində apardıqları eksperiment nəticəsində sübut ediblər ki, iribuynuzlu heyvanlara qara və ağ zolaqlar çəkildikdə, onlara qonan həşəratların sayı əhəmiyyətli dərəcədə azalır.

Oxu.Az bu barədə "Kyodo" agentliyinə istinadən xəbər verir.

Tədqiqatçıların sözlərinə görə, qara-ağ zolaqlı naxışın çəkilməsi fermerlərin iqtisadi göstəricilərinə birbaşa təsir göstərir və süd istehsalını artırır. Belə ki, hazırda inəklər onları sancan milçəklərlə mübarizəyə çox vaxt sərf edirlər.

Eksperiment zamanı alimlər yapon qara inəklərinə suda həll olan laklar çəkiblər. Nəticədə, həşəratların sayının 50 faiz azaldığı müşahidə edilib.

Qeyd edək ki, ABŞ-də bu il 35-ci dəfə qeyri-adi və gülməli elmi araşdırmalar üçün təqdim edilən Şnobel mükafatları sahiblərinə çatdırılıb. Təşkilatçılar bildirirlər ki, bu ənənəvi mükafat qeyri-adi ideyaları qeyd etmək və təxəyyülü şərəfləndirmək məqsədi daşıyır. Şnobel mükafatı 1991-ci ildən etibarən elmi-yumoristik "Annals of Improbable Research" jurnalı tərəfindən nüfuzlu "Nobel" mükafatlarının parodiyası olaraq təqdim edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
oxu.az

1Mənbələr