AZ

Gedəndə 25, qayıdanda 29 saat təyyarədə olacaqlar

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“China Eastern Airlines” aviaşirkəti Şanxaydan Buenos Ayresə 25 saatlıq uçuş müddətli ən uzun reysi həyata keçirəcək.

“Qafqazinfo” “South China Morning Post”a istinadən xəbər verir ki, ilk uçuş dekabrın 4-də baş tutacaq.

Təyyarə 20 min kilometr məsafə qət edəcək. Bundan başqa, Yeni Zelandiyanın Oklend şəhərində bir dəfə iki saat dayanacaq.

Bu tədbirin Asiya və Cənubi Amerika arasında cənub nəqliyyat qovşağı kimi şəhərin rolunu gücləndirəcəyi gözlənilir. Dönüş uçuşu isə 29 saat çəkəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
qafqazinfo.az

1Mənbələr