AZ

ABŞ hökuməti fəaliyyətini dayandıra bilər

BAKI, 20 sentyabr. TELEQRAF

ABŞ Senatının dövlət qurumlarının maliyyələşdirilməsi haqqında qanun layihəsini rədd etməsi fonunda federal hökumət fəaliyyətini dayandıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Biz demokratlarla danışıqları davam etdirəcəyik, lakin düşünürəm ki, ölkə müəyyən müddətə qapana bilər. Biz silahlı qüvvələrin qayğısına qalacağıq, biz sosial ödənişlərin qayğısına qalacağıq”, - Tramp bildirib.

Qeyd edək ki, ABŞ Senatı federal qurumların cari ilin 21 noyabr tarixinədək maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul etməyib.

Əgər Nümayəndələr Palatası və Senat bu sənədi qəbul edə bilməsələr, yeni maliyyə ilinin başlanacağı 1 oktyabr tarixində hökumətin fəaliyyəti dayandırılacaq. Bu halda dövlət qulluqçuları, o cümlədən hərbi qulluqçular əməkhaqqı almayacaqlar.

Seçilən
23
3
teleqraf.com

4Mənbələr