AZ

İlon Mask fikirləri oxumaq üçün insanlara çip yerləşdirmək istəyir

BAKI, 20 sentyabr. TELEQRAF

İlon Maskın “Neuralink Corp” şirkəti oktyabrda ABŞ-də insanların fikirlərini mətnə çevirməyə imkan verən texnologiyanın klinik sınaqlarına başlamağı planlaşdırır.

Teleqraf xəbər verir ki, sınaqlar çərçivəsində nitq pozğunluğu olan könüllülərə, süni intellekt vasitəsilə onların fikirlərini elektrik siqnallarına çevirəcək və xarici cihazlara ötürəcək çip implantlar yerləşdiriləcək.

Şirkətin prezidenti Dici So qeyd edib ki, gələcəkdə belə çiplər insanın bu fikirləri sözlərlə ifadə edə biləcəyindən daha sürətli şəkildə oxuya biləcək.

“Neuralink”in istehsal etdiyi implantlar neyrodegenerativ xəstəliklərdən əziyyət çəkən və ya insult keçirmiş insanlar üçün nəzərdə tutulub. Belə xəstələr düşünə bilirlər, lakin bəziləri sözləri tələffüz etmək üçün ağız hərəkətlərini idarə edə bilmirlər.

Seçilən
14
teleqraf.com

1Mənbələr