ABŞ-da paraşütlə təlimlər zamanı iki Polşa hərbçisi həlak olub.
APA xəbər verir ki, bu barədə Polşanın Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
“Dərin təəssüf hissi ilə bildiririk ki, 2025-ci il sentyabrın 19-da ABŞ-da gecə paraşüt təlimi zamanı iki xüsusi təyinatlı əsgərin ölümü ilə nəticələnən faciəvi qəza baş verib”, - məlumatda deyilir.
İnsidentin səbəbləri yaradılmış xüsusi komissiya tərəfindən aparılan araşdırmadan sonra açıqlanacaq.