AZ

Ayda hansı bitkini yetişdirmək olar? Elmi araşdırma

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kent Universitetinin alimləri sübut ediblər ki, çay bitkisi Ayda yetişdirilə bilər.

Oxu.Az-ın xəbərinə görə, tədqiqatçılar kəşfləri barədə "Space Agriculture Workshop" (SAW) konfransında açıqlayıblar.

Təcrübə Böyük Britaniyanın "Dartmoor Tea" plantasiyası, "Lightcurve Films" studiyası və "Europlanet" təşkilatı ilə birgə aparılıb.

Ay və Marsı simulyasiya edən torpaqlarda əkilmiş tinglər adi torpaqda yetişdirilən tinglərlə müqayisə edilib. Şərait - temperatur, işıq və rütubət göstəriciləri kosmosda olan şəraiti təqlid etmək üçün seçilib.

Nəticə gözlənilməz olub: "Ay torpağı"nda yetişdirilmiş çay kolları kök alıb və adi torpaqda yetişdirilən kollar qədər yaxşı yetişib, "Mars torpağı"nda əkilmiş bitkilər isə məhv olublar.

"Bu təcrübələr göstərir ki, çay da daxil olmaqla, Yer bitkiləri Ay istixanalarında yetişdirilə bilər ki, gələcək kolonistlər təzə qida və hətta ənənəvi İngilis "çay fasiləsi" ilə təmin edilsin", - tədqiqatın rəhbəri professor Naycel Meyson qeyd edib.

Alimlər tədqiqatın təkcə gələcək Ay bazaları üçün deyil, həm də Yer üçün vacib olduğunu vurğulayıblar. Nəticələr bitkilərin əlverişsiz şəraitdə necə sağ qaldıqlarını və iqlim dəyişikliyindən və tükənmədən əziyyət çəkən zəifləmiş torpaqları necə canlandıracağımızı daha yaxşı anlamağa kömək edəcək.

"Biz çayın Ay torpağında yetişdirilə biləcəyini nümayiş etdirməklə ilk addımı atdıq. Növbəti addım onun böyüməyini yaxşılaşdırmaq və bu bilikləri digər bitkilərin yetişdirilməsi zamanı istifadə etmək üçün belə şəraitdə bitki fiziologiyasını anlamaqdır", - doktor Sara Lopes-Qomolyon əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
oxu.az

1Mənbələr