AZ

Adnan Əhmədzadənin həbs xəbəri yayıldı

Məşhur iş adamı Adnan Əhmədzadənin həbs olunmasına dair xəbər yayılıb.

Azia.az gununsesi.info-ya istinadən xəbər verir ki, xaricdə yaşayan iş adamı bir neçə gün öncə Azərbaycana gəlib və həbs də Bakıda gerçəkləşib.

Açıqlama almaq üçün gün ərzində Adnan Əhmədzadənin şəxsi telefonlarına zəng edilsə də, bağlı olub.

Qeyd edək ki, SOCAR-da uzun illər yüksək vəzifələr tutan Adnan Əhmədzadə iki il əvvəl ABDA İnvest Holdinqin təsis edib.


Seçilən
31
3
azia.az

10Mənbələr