AZ

Dünyanın ən böyük şaftalısı yetişdirildi: "Ginnesin Rekordlar Kitabı"na düşdü

Dünyanın ən böyük şaftalısı ABŞ-da yetişdirilib və "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Publika.az xəbər verir ki, Virciniyada 830 qram ağırlığında şaftalı yetişdirilib.

"Biz ən böyük şaftalı yetişdirməyə çalışmırdıq. Elə oldu ki, təbiət bu il bizə ideal şərait yaratdı. Kifayət qədər günəş, kifayət qədər yağış - və nəticə budur: nəhəng şaftalı", - deyə fermer Henri Çiles bildirib.

Ştatın bir çox sakini şaftalını görməyə və onunla şəkil çəkdirməyə gəlir.

Seçilən
46
2
publika.az

3Mənbələr