AZ

Qəhvə diabet və demans riskini azalda bilər – Həkim xəbərdarlığı

Qəhvə yalnız gündəlik zövq mənbəyi deyil, həm də sağlamlıq üçün faydalı içki hesab olunur.

E-saglam.az xəbər verir ki, terapevt Aleksandr Myasnikov bildirir ki, qəhvə infarkt və aritmiya riskini azaldır, qan təzyiqinin normallaşmasına kömək edir.

Həkimin sözlərinə görə, qəhvənin qaraciyərə də müsbət təsiri var və hepatitinserroza keçidini ləngidə bilər. Süzülməmiş qəhvə ümumi xolesterolu bir qədər artıra bilər, lakin eyni zamanda ürək və damar sağlamlığını qoruyur.

Qəhvənin osteoporoz, diabet, alzheimer xəstəliyi və digər demans növləri riskini də azaltdığı göstərilib.

Myasnikov əlavə edib ki: “Qəhvə əksər hallarda təhlükəsizdir. Hipertoniya, aritmiya və digər ürək problemləri olanlar da bunu icazə verilən miqdarda içə bilərlər.”

Əvvəllər kosmetikada kofein dəridə qan dövranını yaxşılaşdırmaq və şişkinliyi azaltmaq üçün istifadə olunurdu, indi isə qəhvənin sağlamlığa faydaları elmi araşdırmalarla da təsdiqlənib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
31
e-saglam.az

1Mənbələr