AZ

Azərbaycan XİN bəyanat yaydı

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur.

2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan az bir müddətdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilib ölkəmizin Qarabağ bölgəsindən tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

20 sentyabr tarixində Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

Bu zəfərin əsas memarı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan silahlı qüvvələridir. Məhz Ali Baş Komandanın qətiyyəti və silahlı qüvvələrimizin rəşadəti bu qələbəni təmin edib.

Ermənistanın 2020-ci il Vətən müharibəsi nəticəsində qəbul etdiyi öhdəliklərə baxmayaraq, 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində nəinki öz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar yerləşdirdiyi məlum idi. Ermənistan tərəfinin ərazilərimizdə yaratdığı qondarma rejimin təbliğatını hər vəchlə davam etdirməsi, 2 sentyabr 2023-cü il tarixində qondarma "müstəqillik" ilə bağlı separatçı rejimi təbrik etməsi, 9 sentyabr tarixində qondarma "prezident seçkiləri", eləcə də 19 sentyabr tarixində 6 nəfər azərbaycanlının həlak olması ilə nəticələn hərbi təxribat vəziyyəti daha da gərginləşdirdi.

Azərbaycanın ərazilərinə qarşı əsassız iddialarından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, təcavüz siyasətini davam etdirən Ermənistanın və onun qondarma rejiminin heç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısının alınması zəruri idi.

Seçilən
15
47
publika.az

5Mənbələr