AZ

“Qəbələ” “Kəpəz”ə, “Sabah” “Turan Tovuz”a qarşı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasında V turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

“Qəbələ” doğma meydanda “Kəpəz”i qəbul edəcək. “Turan Tovuz” isə səfərdə “Sabah”ın qonağı olacaq.

Qeyd edək ki, tura 21 sentyabrda yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

V tur

20 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Asif Əliyev

Qəbələ şəhər stadionu

19:30. “Sabah” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov

VAR: Rəşad Əhmədov

AVAR: Əli Əliyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

"Bank Respublika Arena"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
5
qafqazinfo.az

10Mənbələr