AZ

Labubu kukla kolleksiyası üçün görün nə etdi?

İnsanlar tez-tez “Kirayəmi ödəmək üçün ciyərimi (böyrəyimi) satardım” kimi zarafat edirlər. Amma bu dəfə real hadisə yaşanıb. Rusiyada yaşayan 26 yaşlı Karina sosial şəbəkədə qeyri-adi təklifi qəbul edib. O, ruhunu 100 min rubla sataraq tarix yazıb. Üstəlik, pulu gözlənilməz şeylərə xərcləyib. Hadisə tez bir zamanda trend mövzusuna çevrilib.

Yenisabah.az xəbər verir ki, bu ağlasığmaz hekayə “Telegram”da paylaşılan bir reklamla başlayıb.

Dmitri adlı marketinq məsləhətçisi zarafatla 100 min rubla qanla imzalanmış müqavilə müqabilində ruh almaq istədiyini yazıb. Heç kimin cavab verəcəyini düşünməyib. Lakin 26 yaşlı Karina maraqlı təklifi qəbul edib və ona mesaj göndərib. Toyuqlu pizza

Karina hazırlanmış müqaviləni imzalayıb və sənədi öz qanı ilə möhürləyib. Dmitri sövdələşməni sübut etmək üçün fotolar paylaşıb. Bu, Karinanın adını “ruhu satın alınan adam” kimi gündəmə gətirib. Dmitri hadisəni təcrübə kimi gördüyünü və ruhla nə edəcəyini bilmədiyini izah edib.

Karina isə aldığı 100 min rublu düşünmədən xərcləyib.

Pulun böyük hissəsini Labubu kuklalarının kolleksiyasına yatıran Karina Rusiyanın xalq müğənnisi Nadejda Kadişevanın konsertinə də bilet alıb. Karina, ruhunu satmasına baxmayaraq, peşman olmadığını və yalnız bu oyuncaqlara sahib olmaq istədiyini bildirib.

Hadisə sosial şəbəkədə sürətlə yayılıb. Bir qadının adi görünən oyuncaq kolleksiyası üçün ruhunu satması həm təəccüblü, həm də mübahisəli olub. 

Hadisənin fəsadları artdıqca Rus Pravoslav Kilsəsi işə qarışıb.

Onlar rəsmi açıqlamalarında Karinanın həqiqətən də ruhunu satdığını, bununla da pisliyi seçdiyini bildiriblər. Onlar həmçinin bunun nəticələrinin ağır olacağını, şəxsi və mənəvi tənəzzülə, xəstəliyə və hətta ölümə səbəb olacağını iddia edirdilər.

Kilsə Karinanın qərarını sərt tənqid edərək, bunun gənclər üçün pis nümunə ola biləcəyini iddia edib. (Sfera.az)


Telegram kanalımız
Seçilən
14
2
yenisabah.az

3Mənbələr