AZ

Tramp oğlunu Türkiyəyə göndərib, Ərdoğandan nə istədi?

ABŞ Prezidenti Donald Trampın oğlunun Türkiyəyə yarı gizli səfəri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün mahiyyəti bəlli oldu. Ağ Ev sahibi türkiyəli həmkarını sentyabrın 25-də ABŞ-a rəsmi səfərə dəvət edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Görünür, Trampın oğlu və Ərdoğan bu səfərin təfərrüatlarını müzakirə ediblər. Donald Tramp iş adamı kimi Ağ Evə dəvət etdiyi qonaqlardan və ya səfər etdiyi ölkələrdən siyasi və iqtisadi dividentlər əldə etməyə çalışır.

Tramp digər ölkələrlə olduğu kimi Türkiyə ilə də ikitərəfli ticarət sazişinin imzalanmasında maraqlıdır.

Bundan əlavə, Tramp Türkiyənin ABŞ istehsalı olan “Boinq” təyyarələrini almasını istəyir. Ancaq Ərdoğanın da Trampdan qarşılıqlı istəyi var. Ərdoğan isə Trampla F-16 və F-35 hərbi təyyarələrinin satışı ilə bağlı razılaşma əldə etmək istəyir. ABŞ-ın keçmiş administrasiyası Türkiyəyə hərbi təyyarə satmadı. Tramp isə bir iş adamı kimi Türkiyəyə hərbi təyyarələrinin satışını müzakirə etməyə hazır görünür. Çünki bu sövdələşmə ABŞ-a əlavə gəlir gətirəcək.

Həmçinin prezidentlər Vaşinqtonda regional mövzuları da müzakirə edəcəklər. Tramp Türkiyənin Avrasiya bölgəsində, o cümlədən Cənubi Qafqazda artan rolundan narahat deyil, əksinə Zəngəzur dəhlizinin işə düşməsi iki ölkənin ortaq maraq dairəsindədir”, - deyə Şahinoğlu bildirib.

Seçilən
2
axar.az

1Mənbələr