AZ

Xaçmazda qətl törədildi Saxlanılan var

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Sentyabrın 20-si səhər saatlarında Xaçmaz rayonunun Ağtala kəndində qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, kənd sakini 37 yaşlı Kənan Cəbiyev bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həmkəndlisi 2-ci Qarabağ müharibəsi iştirakçısı, 32 yaşlı Emin Baxışov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. Belə ki, hər iki şəxs meyvə alveri ilə məşğul olublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aslan Vəliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
8
qafqazinfo.az

9Mənbələr