AZ

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 25 sentyabrda Ağ Evdə qəbul edəcək. Liderlərin görüşündə ticarət, investisiya və müdafiə sənayesi də daxil olmaqla bir sıra mühüm məsələlərin müzakirə olunacağı gözlənilir.

Marja xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp görüş barədə məlumatı Truth Social hesabında paylaşıb. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 25 sentyabrda Ağ Evdə qarşılamaqdan məmnunam”, – deyə Tramp qeyd edib.

Tramp açıqlamasında iki ölkə arasında bir sıra strateji əməkdaşlıqlara diqqət çəkib:

“Hazırda Boeing təyyarələrinin böyük həcmdə alınması, mühüm F-16 razılaşması və nəticəsini müsbət gözlədiyimiz F-35 danışıqlarının davamı daxil olmaqla bir çox ticarət və hərbi anlaşmalar üzərində işləyirik.”

ABŞ Prezidenti həmçinin Ərdoğanla münasibətlərinin hər zaman yaxşı olduğunu vurğulayaraq, “25-də onu görmək üçün səbirsizliklə gözləyirəm” ifadəsini işlədib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlamasında qarşıdan gələn görüşdə ticarət, investisiya və müdafiə sənayesi ilə bağlı mühüm məsələlərin müzakirə ediləcəyini bildirib:

“Prezident Tramp ilə keçirəcəyimiz görüşün ort

Seçilən
75
marja.az

1Mənbələr