AZ

Xaçmazda qətl: 37 yaşlı kişi bıçaqlandı

ain.az, News24 portalına istinadən məlumat yayır.

Sentyabrın 20-si səhər saatlarında Xaçmaz rayonunun Ağtala kəndində qətl hadisəsi baş verib.

News24.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, kənd sakini 37 yaşlı Kənan Cəbiyev bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həmkəndlisi 2-ci Qarabağ müharibəsi iştirakçısı, 32 yaşlı Emin Baxışov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. Belə ki, hər iki şəxs meyvə alveri ilə məşğul olublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
9
news24.az

10Mənbələr