AZ

Xəzər rayonunda “Suverenliyin Zəfəri” adlı tədbir keçirilib - FOTOLAR

Xəzər rayonunda Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün və Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun  30  illiyi  münasibətilə “Suverenliyin Zəfəri” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq şöbəsinin müdiri, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə, RİH başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti iştirak edib.

Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Milli Aviasiya Akademiyasında keçirilən tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün və Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

“Suverenliyin Zəfəri” adlı tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsini, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsi, suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, 2025-ci ilin müstəqil Azərbaycan Respublikasınının ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu, eləcə də Vətən müharibəsində Ermənistan ordusu üzərində qazanılan böyük Qələbəmizin 5-ci ildönümünə təsadüf etdiyini qeyd edib. Eyni zamanda, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini vurğulayıb və bununla da Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə hər ilin sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edildiyini bildirib.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq şöbəsinin müdiri, hüquq elmləri doktotu Ayxan Rüstəmzadə, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elçin Mansurovun anası Məleykə xanım Məcidova və Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün xalqımızın milli kimliyini, azadlıq iradəsini və gələcəyə inamını təcəssüm etdirən möhtəşəm tarixi olduğunu, Azərbaycan xalqının daim öz azadlığı, milli iradəsi uğrunda mübarizə apardığını və Suverenlik Aktının qəbul olunması ilə xalqımızım dövlətçilik ənənələrinin yenidən bərpa edildiyini, Suverenlik yolunda canından keçən bütün qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu bildiriblər.
 

Seçilən
61
50
unikal.az

10Mənbələr