AZ

Mikayıl Cabbarov Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqtisadiyyat naziri Mikayıl Cabbarov 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
Nazir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını simvolizə edən 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbriklərini çatdırıb, davamlı inkişaf və əmin-amanlıq arzuladığını deyib.
"Fəxrlə qeyd etdiyimiz bu gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində əldə etdiyi tarixi Qələbənin bəhrəsidir. Qəhrəman şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir", - deyə nazir qeyd edib.
Seçilən
51
5
oxu.az

6Mənbələr