AZ

Payız qiymətləri əl yandırır – Kilosu 9,98-ə... REPORTAJ

 

Payızın ilk günlərindən bazar və marketlərdə meyvə bolluğu diqqət çəkir. Bakıdakı tanınmış supermarketlərdən birində apardığımız müşahidələr zamanı isə qiymətlərin əvvəlki illərlə müqayisədə bir qədər yüksək olduğu görünür.

Meyvə şöbəsində satıcılar deyirlər ki, müştərilər ən çox yerli mandarinə üstünlük verirlər. Hazırda bu məhsulun kiloqramı 3 manat 90 qəpik təşkil edir. Satıcının sözlərinə görə, qiymət keçən həftə 3.5 manat civarında idi, yəni az da olsa artım var. 

Ekzotik meyvələr sırasında diqqəti cəlb edənlərdən biri feyxoa oldu. Onun qiyməti 9 manat 98 qəpik göstərilir. Satıcı deyir ki, bu məhsul, əsasən, Gürcüstandan gətirilir və yüksək qiymətinə baxmayaraq, alıcıları var.

Digər tərəfdə piştaxtada mandora (mandarin, portağal və qreypfrutun qarışığından alınan sitrus meyvəsi) alıcıların seçimində yer alır. Hazırda kiloqramı 6 manat 50 qəpikdir. 

Şirəli meyvələr arasında ən çox satılanlardan biri isə portağaldır. Hazırda supermarketdə onun kiloqramı 4 manat 50 qəpikdir. Satıcı deyir ki, portağalın satışında stabillik var, çünki həm qiyməti digərlərinə nisbətən münasibdir, həm də hər yaş qrupunun sevimlisidir.

Ümumilikdə isə qiymətlərin bahalığı alıcıların da, satıcıların da dilindədir. İnsanlar dadlı meyvələrdən imtina etməsələr də, əvvəlki illərə nisbətən daha az miqdarda almağa üstünlük verirlər.

Seçilən
26
2
hurriyyet.az

3Mənbələr