AZ

Dietoloq: Şokolad libidonu artırır

Dietoloq Elena Solomatina şokoladın gözlənilməz xüsusiyyətindən danışıb. Onun sözlərinə görə, tərkibində ən azı 75% kakao olan şokolad həm kişilərdə, həm də qadınlarda libidonu artıra bilir.

E-saglam.az xəbər verir ki, mütəxəssis izah edib ki, kakao dənələrindəki polifenollar, teobromin və maqnezium bədənin rahatlamasına, qan dövranının yaxşılaşmasına və narahatlığın azalmasına kömək edir. Xüsusilə maqnezium əzələ spazmlarını azaldır, teobromin isə konsentrasiyanı gücləndirir.

Lakin Solomatina xəbərdarlıq edib ki, gündə 90 qramdan çox şokolad qəbul etmək olmaz. Çünki normanı aşmaq artıq çəkiyə, yuxusuzluğa və digər problemlərə səbəb ola bilər. Onun sözlərinə görə, şokoladı əsas yemək kimi deyil, kiçik porsiyada dadlı əlavə kimi istifadə etmək lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
7
e-saglam.az

1Mənbələr