AZ

“Millinin bir çox problemi var, seçmə oyunlarda məğlubiyyət o qədər də qorxulu deyil”

“Bayern”in sabiq hücumçusu, hazırda MLS-də – “Vankuver”də çıxış edən Tomas Müller Almaniya milli komandasının hazırkı səviyyəsini qiymətləndirib.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, Müller Almaniya yığmasının bir çox probleminin olduğunu bildirib:

“Almaniya yığmasının bir çox problemi var, amma seçmə oyunlarda məğlubiyyət o qədər də qorxulu deyil. Hər halda biz başa düşürük ki, son 6-8 ildə Almaniya dünya futbolunun zirvəsində deyil”.

O, əlavə edib ki, Almaniya millisi hər halda, 2026-cı ilin yayında keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Sentyabrda milli komanda iki seçmə oyun keçirib. Yulian Naqelsmannın rəhbərlik etdiyi komanda əvvəlcə Slovakiya yığmasına 0:2 hesabı ilə uduzub, sonra isə Şimali İrlandiyanı 3:1 məğlub edib.

Seçilən
39
sportinfo.az

1Mənbələr