BAKI, 20 sentyabr. TELEQRAF
Jurnalistlər İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın Bakıya səfəri ilə bağlı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan şərh almağa çalışıblar.
Teleqraf xəbər verir ki, o, suala qısa cavab verib.
“Milli Təhlükəsizlik Xidməti press-reliz yayıb, bundan başqa heç nə deyə bilmərəm”, - Qriqoryan qeyd edib.