AZ

Rusiya Ukraynaya kütləvi hava zərbələri endirib, ölənlər və yaralananlar varFOTO

Rusiya ordusu sentyabrın 19-dan 20-nə keçən gecə Ukraynanın bir sıra böyük şəhərlərinə kütləvi şəkildə dron və raketlərlə hücum edib, ölənlər və yaralananlar var. Ukraynanın Dnepropetrovsk vilayətinə Rusiya tərəfindən raket və pilotsuz uçuş aparatları ilə edilən kütləvi hücum nəticəsində 1 nəfər həlak olub, 26-sı yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak sosial media hesablarında məlumat yayıb. "Yaralıların 14-ü orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 1 nəfərin vəziyyəti ağırdır", - deyə Lısak əlavə edib. Onun sözlərinə görə, Rusiyanın endirdiyi zərbələr nəticəsində Dneprdə bir neçə yanğın baş verib, hündürmərtəbəli yaşayış binasına ziyan dəyib.

Rusiyanın hava zərbəsi nəticəsində Xmelnits vilayətində də dağıntılar qeydə alınıb. Xmelnits vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Tyurin bildirib ki, hava hücumu nəticəsində Dunayev yaşayış məntəqəsində fərdi evdə yanğın baş verib, nəticədə 1 nəfər həlak olub, 2-si xəsarət alıb. Ümumilikdə 20 dən çox yaşayış binasına ziyan dəyib.

Hava zərbələri nəticəsində Kiyev, Odessa və Nikolayev vilayətlərində də yaşayış və strateji infrastrukturlara zərər vurulub.

  • Rusiya
  • Rusiya
  • Rusiya
  • Rusiya
Seçilən
27
3
xezerxeber.az

4Mənbələr