AZ

İsrail səfirinin müavini "Qarabağ"ı diqqətdə saxladı

İsrailin Azərbaycandakı səfirinin müavini Aviv Zel Çempionlar Liqasının əsas mərhələsinin I turunda n "Benfika"ya qarşı tarixi qələbə münasibətilə "Qarabağ"ı təbrik edib.

Sportinfo.az xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Qarabağ"ı "Benfika" üzərində 3:2 hesablı möhtəşəm qələbə münasibətilə təbrik edirəm! Azərbaycan futbolu üçün Çempionlar Liqasında ilk tarixi qələbəni israilli dostlarınız təbrik edir", - o yazıb.

Qitənin ən nüfuzlu klub turnirinin I turunda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşan "Qarabağ" 0:2 hesabı ilə geridə olduğu matçda 3 qol vuraraq qələbə qazanıb.

Seçilən
13
1
sportinfo.az

2Mənbələr