AZ

“Üç Ayaqlı Pişik” adlı 18-ci İstanbul Biennalesi başlandı

Bu gün“Üç Ayaqlı Pişik” adlı 18-ci İstanbul Biennalesibaşlayır.

Kulis.az xəbər verir ki, biennale Bəyoğlu-Karaköy ərazisindəki 8 fərqli məkanda 23 noyabra qədər ödənişsiz ziyarət oluna biləcək.

Kurator Kristina Tohmenin rəhbərliyində keçirilən bienale üç illik mərhələli proqramla həyata keçiriləcək.

47 beynəlxalq rəssamın iştirak etdiyi sərgidə Treysi Emin, İpək Duben və Selma Selman kimi sənətçilər yer alır.

Qeyd edək ki, açılış həftəsində performanslar və film nümayişləri tamaşaçılara fərqli mövzularda sənət təcrübəsi yaşadacaq.

Seçilən
24
2
kulis.az

3Mənbələr