AZ

Rizedə təbii fəlakət: Leysan dörd rayonu selə qərq etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 20-də səhər saatlarında Rizenin bir neçə rayonunda güclü yağış səbəbindən sel və torpaq sürüşmələri baş verib. Leysan Ardeşen, Fındıklı, Kalkandere və Çamlıhemşin rayonlarında xüsusilə təsirli olub.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Ardeşen rayonunda evlərindən çıxa bilməyən sakinlər texnikanın köməyi ilə təhlükəsiz əraziyə təxliyə ediliblər. Fındıklı rayonundakı Arılı və Çağlayan çaylarında suyun səviyyəsinin artması nəticəsində bəzi yaşayış məntəqələrində daşqınlar qeydə alınıb.
Torpaq sürüşmələri səbəbindən regionda bir çox yol bağlanıb. Ardeşen-Çamlıhemşin magistral yolunun yaxınlığındakı körpü isə suyun səviyyəsinin qalxması nəticəsində çöküb. Əraziyə jandarma qüvvələri cəlb olunub.
Ölən və xəsarət alanlar barədə hələ dəqiq məlumat yoxdur.
Hazırda bölgədə yağıntılar fasilələrlə davam edir.
Seçilən
9
oxu.az

1Mənbələr